Azərbaycanda kredit Mülki Məcəllənin tələbləri nəzərə alınmaqla veriləcək | Banco.az

Azərbaycanda kredit Mülki Məcəllənin tələbləri nəzərə alınmaqla veriləcək

Prezident İlham Əliyev Ailə Məcəlləsində, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Yenilənmiş qanunlara əsasən, Azərbaycanda kreditləşmə Mülki Məcəllənin tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditin verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et