Azərbaycanda kredit kartlarının sayı yenidən artır | Banco.az

Azərbaycanda kredit kartlarının sayı yenidən artır

Azərbaycanda kredit kartlarının sayı yenidən 2015-ci ildəki səviyyələrə yaxınlaşıb.

Mərkəzi Bankın məlumatına əsasən, 2020-ci ilin iyul ayının sonunda kredit kartlarının sayı 985 min ədəd təşkil edib. Kredit kartlarının sayı 2020-ci ilin iyul ayında 36 min ədəd, cari ilin 7 ayı ərzində 188 min ədəd, ötən ilin iyul ayı ilə müqayisədə isə 206 min ədəd artıb.

2015-ci ilin sonunda kredit kartlarının sayı 1 milyon 10 min ədəd təşkil etmiş, devalvasiyalar və tələblərin sərtləşdirilməsi ilə əlaqədar olaraq 2016-cı ildə azalmış, həmin ilin sonunda 631 min ədədə, 2017-ci ilin iyun ayında isə 562 min ədədə düşmüşdü.

Qeyd edək ki, 2020-ci ilin iyul ayının sonunda cəmi ödəniş kartılarının sayı 8 milyon 793 min ədəd təşkil edib. Cəmi ödəniş kartlarının sayı iyul ayında 129 min ədəd, 7 ay ərzində isə 1 milyon 527 min ədəd artıb. Cəmi ödəniş kartlarının 3 milyon 468 min ədədini sosial kartlar, 2 milyon 427 min ədədini əmək haqqı kartları, 1 milyon 913 min ədədini digər debet kartları təşkil edib.

2020-ci ilin 7 ayı ərzində sosial kartların sayı 1 milyon 85 min ədəd, əmək haqqı kartları 111 min ədəd, digər debet kartları isə 144 min ədəd artıb. Sosial kartların sayındakı böyük artım fermer kartları ilə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et