Azərbaycanda kredit aktivliyi necədir? - AÇIQLAMA | Banco.az

Azərbaycanda kredit aktivliyi necədir? - AÇIQLAMA

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda kreditləşmə ilə bağlı ilin sonuna qədərki vəziyyət barədə proqnozlarını açıqlayıb.

Sədr bildirib ki, kredit aktivliyi əsasən iki amildən asılıdır: “Bunlardan biri faiz dərəcələri və pulun dəyərini müəyyən edən digər meyarlardır. Digər amil isə institusional şərait, yəni kreditlə bağlı girov mexanizmləridir". 

Ən sərfəli kredit üçün müraciət et

"Hələ ki, kredit aktivliyi ilə bağlı dəqiq rəqəmlər açıqlamağa hazır deyilik, amma ümid edirik ki, ilin sonuna qədər kredit aktivliyinin bərpa olunması üçün baza formalaşacaq”, - deyə R.Aslanlı əlavə edib.

Mənbə: Report.az