Azərbaycanda könüllü sığorta 20% artıb, icbari sığorta isə 16% azalıb | Banco.az

Azərbaycanda könüllü sığorta 20% artıb, icbari sığorta isə 16% azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 366,698 milyon manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, bu, ötən ilin yanvar-iyun aylarına nisbətən 20,4% çoxdur.

Ötən 6 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 15,5% azalaraq 124,907 milyon manata düşüb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 130,249 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 29,1% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 30,8% azalaraq 44,674 milyon manata düşüb.

Beləliklə, 2022-ci ilin yanvar-iyun aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 35,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-iyun aylarında 60,3 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 43,65 manatdan 35,8 manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et