Azərbaycanda könüllü sığorta 14%, icbari sığorta isə - 7% ARTIB | Banco.az

Azərbaycanda könüllü sığorta 14%, icbari sığorta isə - 7% ARTIB

Bu ilin yanvar-may aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 242,354 milyon manat sığorta haqqı toplanılıb.

Mərkəzi Bankın məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% çoxdur.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 6,6% artaraq 113,553 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 110,747 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 73% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 12,4% azalaraq 26,053 milyon manata düşüb.

Beləliklə, 2020-ci ilin yanvar-may aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 45,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-may aylarında 30,1 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 27,9 manatdan 22,95 manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram