Azərbaycanda könüllü sığorta 12%, icbari sığorta isə 11% artıb | Banco.az

Azərbaycanda könüllü sığorta 12%, icbari sığorta isə 11% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 364,792 milyon manat sığorta haqqı toplanılıb.

Bu, ötən ilin yanvar-iyul aylarına nisbətən 12,1% çoxdur.

Ötən 7 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 11% artaraq 163,465 milyon manata düşüb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 228,184 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 21,4% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 86,55% artaraq 72,995 milyon manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar-iyul aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 62,55 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-iyul aylarında 57,8 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 26,6 manatdan 44,65 manata çatıb. 

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et