Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 195,9 milyon manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 65%, elektrik avadanlıqlarının istehsalı isə 7,8% artıb.
Bu ilin 10 ayında 3 619 ədəd stolüstü kompüter (2,6 dəfə çox), 339 min ədəd ölçmə cihazları, 498 ədəd güc transformatorları, 5 253 ədəd elektrik tənzimləyici cihazları, 8 min 46,2 ton digər elektrik naqilləri, 794 məişət soyuducuları və dondurucuları istehsal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!