Azərbaycanda kompüter istehsalı 3 dəfədən çox artıb | Banco.az

Azərbaycanda kompüter istehsalı 3 dəfədən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-may aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 85 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 2,4%, kompüter, elektron və optik məhsulların istehsalı isə 2,1 dəfə artıb.

Bu ilin 5 ayında 2 941 ədəd stolüstü kompüter (3,4 dəfə çox), 122,6 min ədəd ölçmə cihazları, 217 ədəd güc transformatorları, 4 093 ədəd elektrik tənzimləyici cihazları, 3 733,4 ton digər elektrik naqilləri, 558 məişət soyuducuları və dondurucuları istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram