Azərbaycanda kompüter istehsalı 2 dəfədən çox artıb | Banco.az

Azərbaycanda kompüter istehsalı 2 dəfədən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 279,9 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 11,9% azalıb, elektrik avadanlıqlarının istehsalı isə 16,2% artıb. 

2023-cü ildə 4058 ədəd stolüstü kompüter (2,4 dəfə çox), 409,3 min ədəd ölçmə cihazları, 760 ədəd güc transformatorları, 6328 ədəd elektrik tənzimləyici cihazları, 10 min 66,9 ton digər elektrik naqilləri, 986 məişət soyuducuları və dondurucuları istehsal edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et