Azərbaycanda KOB evlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib | Banco.az

Azərbaycanda KOB evlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib

Prezident İlham Əliyev 26 iyun 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edib.

Fərmana əsasən, siyahıya “İxrac nəzarəti haqqında” qanuna əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyət nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə verilməsi, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə verilməsi, ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə verilməsi, elektrik enerjisinin ötürülməsinə icazə verilməsi, elektrik enerjisinin paylanmasına icazə verilməsi, elektrik enerjisinin ixrac və idxal edilməsinə icazə verilməsi, qazın istehsalına və təbii qazın emalına icazə verilməsi, qazın nəqli üçün icazə verilməsi, qazın paylanmasına icazə verilməsi, yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazə verilməsi, neft və qaz yataqlarının kəşfiyyatına icazə verilməsi, neft və qaz yataqlarının işlənməsi və hasilatına icazə verilməsi, neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazə verilməsi əlavə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et