Azərbaycanda kiçik və orta biznesin inkişafına dair təkliflər toplanılır | Banco.az

Azərbaycanda kiçik və orta biznesin inkişafına dair təkliflər toplanılır

Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) növbəti dəfə onlayn rejimdə sorğu keçirir. Bu barədə "Report"a İİTKM-dən bildirilib.

Məlumata görə, budəfəki sorğuda kiçik və orta sahibkarlığın inkişafı üçün təkliflər verilməsi xahiş olunur. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar sorğuda fəal iştirak etməyə dəvət edilir.

Ən sərfəli kredit üçün müraciət et

Təklifləri İİTKM-nin internet saytında müvafiq link (http://iqtisadiislahat.org/online-application) vasitəsilə çatdırmaq mümkündür.

Xatırladaq ki, İİTKM bundan əvvəl vergi, gömrük, sosial müdafiə, miqrasiya və əmək qanunvericiliyinə dair sorğular keçirib.

Ən sərfəli krediti almaq üçün müraciət et