Azərbaycanda kənd təsərrüfatı sektoru bu il 3,4% artıb | Banco.az

Azərbaycanda kənd təsərrüfatı sektoru bu il 3,4% artıb

2022-ci ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 153,1 mln. manat təşkil edib ki, onun da 1 085,3 mln. manatı heyvandarlıq, 67,8 mln. manatı isə bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8%, bitkiçilik məhsulları üzrə 14,4 % artıb. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et