Azərbaycanda KASKO sığorta bazarı 16%-dən çox böyüyüb | Banco.az

Azərbaycanda KASKO sığorta bazarı 16%-dən çox böyüyüb

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə bu ilin yanvar-may aylarında 17 milyon 994 min manat sığorta haqqı yığıblar.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 milyon manat və ya 16,4% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 516 min manat və ya 7,3% artaraq 7 milyon 573 min manata çatıb.

Əlavə edək ki, cari ilin 5 ayında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatın 42 manatını ödənişə yönəldiblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram