Azərbaycanda karantinin yumşalması gecikə bilər | Banco.az

Azərbaycanda karantinin yumşalması gecikə bilər

“Bugünkü statistika o qədər də ümidverici deyil”.

Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Rayonlarda fəaliyyət göstərən ictimai iaşə müəssisələri, ticarət obyektlərinin təlimatlara əməl etməsi mütləqdir. Əks halda bu, yumşalmaya mane ola bilər”, - deyə İ.Məmmədov deyib.

Xəbər verdiyimiz kimi, son 24 saatda Azərbaycanda 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

“Qərar həftəsonu verilə bilər”

İbrahim Məmmədov deyib ki, Mayın 11-dən sonra karantinin yumşaldılması bu həftə ərzində qeydə alınacaq koronavirusa yoluxma hallarının statistikasından asılıdır.

O bildirib ki, bəzi məsələlərlə bağlı müzakirələr aparılır: “Həftəsonunda qərar verilə bilər. Amma dinamikanın artması bu məsələyə təsir edir. 65 yaşdan yuxarı şəxslərlə bağlı yumşaldıcı qərar da dinamikadan asılı olacaq”.

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et