Azərbaycanda iyulda dollarlaşma yenidən sürətlənib | Banco.az

Azərbaycanda iyulda dollarlaşma yenidən sürətlənib

Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2017-ci il avqustun 1-nə 73,44% təşkil edib. 

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. 

Xatırladaq ki, iyulun 1-nə bu göstərici 73,38%, yanvarın 1-nə isə 79,63% olub. 

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə depozit bazasında dollarlaşma dərəcəsi isə avqustun 1-nə 77,68% təşkil edib. Bu göstərici iyulun 1-də 76,77%, yanvarın 1-də 75,29%, ötən il avqustun 1-nə isə 80,01% təşkil edib. 

Kreditlərdə dollarlaşma isə avqustun 1-nə 43,58% olub. Bu göstərici iyulun 1-nə 42,65%, yanvarın 1-nə 47,32%, ötən il avqustun 1-nə isə 48,28% təşkil edib. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et