Azərbaycanda istehlak kreditləşməsi 2 illik minimuma enib | Banco.az

Azərbaycanda istehlak kreditləşməsi 2 illik minimuma enib

Azərbaycanda bu il iyulun 1-nə ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi 6 911,9 mln. manat təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu istiqamətdə kreditləşmə aylıq müqayisədə 20,8 mln. və ya 0,3%, ötən ilin müvafiq dövrünə nisbətən 972,7 mln. manat və ya 12,3%, ilin əvvəlindən isə 1 471,7 mln. manat və ya 17,6% azalıb.

Hesabata əsasən, kreditlərin 1 588,4 mln. manatı ipoteka kreditləri də daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına yönəldilib. Bu kreditlərin həcmi əvvəlki ayla müqayisədə 0,95% və ya 14,9 mln. manat, ilin əvvəlindən 46,0 mln. manat və ya 2,98% artıb, əvvəlki ilin müvafiq dövrünə nisbətən 225,0 mln. manat və ya 16,5% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Ev təsərrüfatlarına kreditlərin ölkə iqtisadiyyatına qoyulan kreditlərdə xüsusi çəkisi əvvəlki ayla müqayisədə 0,6 faiz bəndi azalaraq 37,5% təşkil edib.

Qeyd edək ki, ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi iyulun 1-nə iki illik minimuma enib. Belə ki, cari il iyulun 1-nə olan göstərici 2014-cü il iyulun 1-dən bu yana qeyd alınan ən aşağı göstəricidir. Həmin tarixdə bu sahəyə kreditlərin həcmi 6 819,9 mln. manat təşkil edib və iyul ayından artmağa başlayıb və avqustun 1-nə 6 986,1 mln. manat olub.