2023-cü ilin yanvar-noyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 63,2 milyard manat olmaqla 2022- ci ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 5,6 faiz artmışdır.
Banco.az xəbər verir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,4 faiz artaraq 60,8 milyard manata bərabər olmuş, onun 47,9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşmışdır.
Bizi sosial şəbəkələrdən izləyin!!