Azərbaycanda işsizlərin sayı açıqlanıb | Banco.az

Azərbaycanda işsizlərin sayı açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin mayın 1-i vəziyyətinə görə, 287 min nəfərə bərabər olub.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5 260,1 min nəfər olub, onlardan 4 973,1 min nəfərini məşğul əhali təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin aprelin 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 748,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 899,8 min nəfər, qeyri-dövlət sektorunda isə 849,1 min nəfər təşkil etdib. İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 7171,3 min nəfər çalışıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et