Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin sentyabrın 1-i vəziyyətinə görə, 288,6 min nəfərə bərabər olub.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5 237,5 min nəfər olub, onlardan 4 948,9 min nəfərini məşğul əhali təşkil edib.
Qeyd edək ki, cari il avqustun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 706,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 891,7 min nəfər, qeyri-dövlət sektorunda isə 814,8 min nəfər təşkil etdib. İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 674,9 min nəfər çalışıb.
Bizi sosial şəbəkələrdən izləyin!!