Azərbaycanda işsiz əhalinin sayı açıqlanıb | Banco.az

Azərbaycanda işsiz əhalinin sayı açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin aprelin 1-i vəziyyətinə görə, 281.4 min nəfərə bərabər olub. 

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5389,8 min nəfər olmuş, onlardan 5108,4 min nəfərini məşğul əhali təşkil edib.

Cari il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1784,0 min nəfər, o cümlədən dövlət sektorunda 870,6 min nəfər, qeyri-dövlət sektorunda isə 913,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 30,4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1753,6 min nəfər çalışıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram