Azərbaycanda iqtisadi fəal əhalinin sayı artıb | Banco.az

Azərbaycanda iqtisadi fəal əhalinin sayı artıb

Bu ilin oktyabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 249,1 min nəfər olub, onlardan 4 884,9 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1% artıb, məşğul əhalinin sayı isə 1,2% azalıb.

Cari il sentyabrın 1-i vәziyyәtinә muzdla işlәyәnlәrin sayı 1 670,9 min nәfәr, o cümlәdәn iqtisadiyyatın dövlәt sektorunda 902,3 min nәfәr, qeyri-dövlәt sektorunda isә 768,6 min nәfәr tәşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 34 min nәfәr, qeyri neft-qaz sektorunda isә 1 636,9 min nәfәr çalışıb.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et