Azərbaycanda iqtisadi artım tempi 5%-ə yaxınlaşıb | Banco.az

Azərbaycanda iqtisadi artım tempi 5%-ə yaxınlaşıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 62 877,4 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,4%, qeyri neft-qaz sektorunda isə 6,2% artıb.

ÜDM istehsalının 40,1%-i sənaye, 10,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1%-i nəqliyyat və anbar təsərrüfatı, 6,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,2%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1%-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 20,2% artaraq 6 279 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et