Azərbaycanda iqtisadi artım sürətlənib | Banco.az

Azərbaycanda iqtisadi artım sürətlənib

Azərbaycanda iqtisadi artımın sürəti 2,4 faizdən 2,5 faizə yüksəlib. 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə 58 milyard 464,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-avqust aylarında ölkədə 50 milyard 875,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilmişdi.

2019-cu ilin yanvar-sentyabr aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 1,1 faiz artıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmişdir. İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,0 faiz, sənayedə 2,5 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,3 faiz, digər xidmət sahələrində 2,2 faiz artmış, tikintidə isə 5,6 faiz azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 5910,1 manata bərabər olub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et