Bu ilin sonuna Azərbaycanda real iqtisadi artım 3,3% olmaqla, 57,2 mlrd. manat təşkil edəcək. Bu isə öz növbəsində real iqtisadi artımın proqnozdan 1,1 faiz bəndi aşağı olacağı deməkdir.
Banco.az "Report"a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, 2015-ci ildə ÜDM-in artım sürətinin azalması hələ 2019-cü ilədək davam edəcək.
Qeyd edək ki, 2015-ci ildə ölkə üzrə real iqtisadi artım 4,4% olmaqla, ÜDM istehsalı 59,8 mlrd. manat həcmində proqnozlaşdırılırdı.