2024-cü ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 29,1 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz çox ümumi daxili məhsul istehsal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunub əlavə dəyər 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb. Əlavə dəyərin 39,3 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 20,4 faizi isə digər sahələrdə istehsal edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 10,9 faizini təşkil edib.Əhalinin hər nəfərinə düşən ÜDM 2856,5 manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!