"Cari ildə tədiyyə balansının göstəricilərinin yaxşılaşması davam edib. Tədiyyə balansının profisitinin ÜDM-də payı 15,4% səviyyəsində olub".
Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
"Bu ilin ilk 5 ayında ticarət balansının müsbət saldosu illik müqayisədə 2,1 dəfə artıb. Xidmətlər balansının kəsiri illik müqayisədə 2 dəfədən çox azalıb, turizm xidmətləri balansında müsbət saldo qorunub. Bunlar da xarici valyuta daxilolmalarının artmasına müsbət təsir göstərib. Strateji valyta ehtiyatları artmağa davam edir. Tədiyyə balansının bu ilin sonuna əlverişli səviyyədə qalacağı gözlənilir", - o deyib.
Onun sözlərinə görə, real sektorun monitorinqi də iqtisadi aktivliyin yüksəldiyini göstərir: "2018-ci ilin sonuna iqtisadi aktivlik davam edəcək".
Report.az