Azərbaycanda ipotekanın orta aylıq məbləği rekord vurub | Banco.az

Azərbaycanda ipotekanın orta aylıq məbləği rekord vurub

2020-ci ilin fevralında Azərbaycan bankları tərəfindən 20,4 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz azdır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının fevral ayı üzrə statistik bülleteninə istinadən məlumat verir.

Hesabata əsasən, fevral ayında banklar tərəfindən verilən kreditlərin təkrar maliyyələşdirilməsinin həcmi 1,1 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

İpoteka və Kredit Zəmanət Fondunun səlahiyyətli bankları tərəfindən verilən ipoteka kreditlərinin orta aylıq məbləği fevral ayında 51 min manata (ötən ilin fevralında 49,5 min manat) bərabər olub ki, bu da Fondun fəaliyyəti müddətində qeydə alınan ən yüksək göstəricidir.

Kreditin verilməsinin ortalama müddəti 281 ay təşkil edib, bu göstərici 2019-cu ilin fevralı ilə müqayisədə dəyişməz qalıb. Orta illik faiz dərəcəsi 6,42 faiz (ötən il 6,53 faiz), orta aylıq ödəmə 356,8 manat (348,7 manat) təşkil edib.

Trend

Ən sərfəli krediti almaq üçün müraciət et