Azərbaycanda ipoteka kreditləşməsi azalıb | Banco.az

Azərbaycanda ipoteka kreditləşməsi azalıb

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2015-ci ilin yanvar-iyun aylarında 56,5 milyon manat məbləğində kredit verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 12 faiz azdır. Trend-in məlumatına görə, bu barədə AİF-in saytında dərc edilən statistik hesabatda deyilir.

Hesabata əsasən, iyunda AİF xətti ilə 9,5 milyon manat kredit verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 18,75 faiz çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

2015-cü ilin iyun ayı ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 37,8 milyon manat təşkil edib.

Hesabat dövründə müvəkkil banklar tərəfindən verilən orta aylıq kredit məbləği 40584 manat, kreditin orta ödəniş müddəti – 279 ay, orta illik faiz dərəcəsi – 6,73 faiz, orta aylıq ödəniş – 297,4 manat təşkil edib.

Bu ilin iyun ayında dövlət büdcəsindən AİF-ə 4,7 milyon manat ayrılıb

Ən sərfəli krediti almaq üçün müraciət et