Azərbaycanda ipoteka kreditlərinə tələb 23% artıb | Banco.az

Azərbaycanda ipoteka kreditlərinə tələb 23% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin ikinci rübündə Azərbaycan banklarında biznes kreditlərinə tələb 15%, ipoteka kreditlərinə tələb 23%, istehlak kreditlərinə tələb isə 29% artıb.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının kreditləşmə fəaliyyətinə dair sorğusunun nəticələrində qeyd edilib.

Məlumata görə, II rübdə bankların daxili ipoteka kreditlərinə tələb 2%, İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) kreditlərinə tələb isə 19% artıb.

Qeyd edək ki, banklar bu ilin III rübündə ipoteka kreditlərinə tələbin 23% artacağını gözləyirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et