Azərbaycanda ipoteka ilə əsasən 61-80 kv. metrlik mənzillər alınır | Banco.az

Azərbaycanda ipoteka ilə əsasən 61-80 kv. metrlik mənzillər alınır

30 dekabr 2019-cu il tarixinə ipoteka predmetinin növü üzrə pay bölgüsündə ən yüksək paya (29,6%) 61-80 kv. metr sahəyə malik olan mənzillər malik olub.

İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, bu kateqoriyadan olan mənzillərə ümumi hesabla 599 384 608 manat kredit ödənilib. Pay bölgüsünün sıralamasında daha sonra 28,7% ilə 41-60 kv. metrlik kateqoriyasında olan mənzillər yer alıb. Onların alınmasına 581 046 262 manat vəsait ödənilib. Ümumi payda 16,6%-ə sahib olan 81-100 kv. metrlik mənzillərə görə isə 336 567 797 manat ipoteka ödənilib.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən kateqoriyaların pay bölgüsündə ən aşağı göstəricilər <40 kv. metrlik və >121 kv. metrlik mənzillərə aiddir. Onların payı müvafiq olaraq 4,3% və 12,8% təşkil edib ki, bu mənzillər üçün ödənilən məbləğlər isə müvafiq olaraq 87 847 484 manata və 258 602 154 manata bərabər olub.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et