2014-cü ilin birinci yarısına olan məlumatlara əsasən, ipoteka kreditləşməsi 3,1% azalıb.
Azərbaycan Respublikasının Mərkəzi Bankından verilən məlumata görə, 2014-cü ilin 1 yanvar tarixinə və 2013-cü ilin 1 iyul tarixinə olan göstəricilərlə (uyğun olaraq, 112,9 mln. manat və 64,2 mln. manat) müqayisədə, 2014-cü ilin 1 iyul tarixi üzrə ipoteka kreditləşməsi 62,2 mln. manat təşkil edib. Cari ildə ipoteka kreditləşməsinin ən yüksək həcmi 14,6 mln. manat təşkil edib.
1 iyul tarixinə əsasən, ölkədə ipoteka kreditinin orta həcmi 39905,4 manata bərabər olub. Keçən ilin yekunlarına görə isə bu rəqəm 39474 manata çatırdı. Orta aylıq ödəniş isə əvvəlki göstərici (319,9 manat) ilə müqayisədə 318,5 manata qədər azalıb. Bundan əlavə, ipotekanın faiz dərəcəsi əvvəlki göstərici (6,88%) ilə müqayisədə, azalaraq 6,82%-ə çatıb.
Sevinc İbadova/Banco.az