Azərbaycanda internetin kəsilməsi bankların işinə problem yaradıb | Banco.az

Azərbaycanda internetin kəsilməsi bankların işinə problem yaradıb

Dünən saat 17:00 radələrində Azərbaycan ərazisində internet təminatı ilə bağlı yaranan fasilələlər ölkədə fəaliyyət göstərən bəzi bankların işinə də neqativ təsir göstərib. 

Banco.az "Report"a istinadən xəbər verir ki, bəzi banklar internet trafikin kəsilməsi ilə əlaqədar olaraq təqribən 17:00-dan etibarən bazarda bir sıra əməliyyatları, o cümlədən valyuta satışını dayandırıb.

Qeyd edək ki, bu gün Azərbaycanda internet təminatı ilə bağlı problem baş verib, provayderlər və istifadəçilərin internetə çıxışında problem yaranıb. Hazırda Azərbaycanda internetə çıxış  bərpa olunub. Bununla belə, ölkə ərazisində əksər saytlara, o cümlədən bir sıra dövlət orqanlarının saytlarına giriş mümkün olmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, ölkəni internetlə təmin edən "Delta Telecom" şirkətində yanğın baş verib və bütün zəruri avadanlıqlar zədələnib: "Fövqəladə Hallar Nazirliyi yanğını söndürüb". 

Ən sərfəli krediti almaq üçün müraciət et