Azərbaycanda illik inflyasiya göstəriciləri AÇIQLANDI | Banco.az

Azərbaycanda illik inflyasiya göstəriciləri AÇIQLANDI

Bu ilin yanvar ayında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni ayına görə 113,6 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 117,5%, qeyri-ərzaq məhsulları üzrə 112,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 109,7% olub.

Xatırladaq ki, 2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram