2023-cü ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvarnoyabr aylarına nisbətən 109,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 110,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,6 faiz təşkil edib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 102,6 faiz təşkil edib.
Məlumata görə, 2023-cü ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 101,5 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!