Azərbaycanda illik inflyasiya 4,2% təşkil edib | Banco.az

Azərbaycanda illik inflyasiya 4,2% təşkil edib

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-may aylarına nisbətən 104,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8%, qeyri-ərzaq məhsulları üzrə 103,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,4% təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 %, əvvəlki ilin may ayına nisbətən 104,9% təşkil edib.

2021-ci ilin may ayında isə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,4%, əvvəlki ilin may ayına nisbətən 105,2% təşkil edib.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et