Azərbaycanda illik inflyasiya 3,2%-ə düşüb | Banco.az

Azərbaycanda illik inflyasiya 3,2%-ə düşüb

2018-ci ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,2% artıb.

Bu müddətdə ərzaq məhsullarının qiymətlərində 3,2%, qeyri-ərzaq mallarının qiymətlərində 3,9%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 2,6 % artım qeydə alınıb.

Rəsmi statistikaya əsasən, cari ilin may ayında aprel ayına nisbətən ərzaq məhsulları 1,3% ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlər 1,6% bahalaşıb, qeyri-ərzaq mallarının qiyməti isə sabit qalıb. Ümumilikdə, istehlak məhsullarının və xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə olub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 2018-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5 %, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,7%, qeyri-ərzaq mallarının qiymətləri 4,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,8% artıb.

Cari ilin aprel ayında mart ayına nisbətən istehlak məhsulları və xidmətləri 0,2%, o cümlədən ərzaq məhsulları 0,5% ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et