Azərbaycanda illik inflyasiya 2,9% olaraq qalıb | Banco.az

Azərbaycanda illik inflyasiya 2,9% olaraq qalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 2,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,3%, qeyri-ərzaq məhsulları üzrə 1,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1% təşkil edib. 

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Təkcə avqust ayında isə istehlak qiymətləri indeksi iyul ayına nisbətən 0,2% az, ötən ilin avqust ayına nisbətən isə 2,8% olub. Son 1 ayda arzaq məhsulları, içkilər və tütün məmulatları 0,5% ucuzlaşıv, son 1 ildə isə 4,9% bahalaşıb. 

Ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox azalma limonun, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, çiyələyin, qurudulmuş meyvələrin, fındığın, kələmin, pomidorun, balqabağın, bibərin, badımcanın, göy lobyanın, artım isə əsasən yumru düyünün, manna və qarabaşaq yarmasının, vermişelin, spagettinin, qoyun ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, xamanın, yumurtanın, portağalın, əriyin, kivinin, qozun, xiyarın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, çayın, meyvə şirəsinin, pivənin və tütün məmulatlarının qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ən sərfəli kredit üçün müraciət et

2020-ci ilin avqust ayında həm qeyri-ərzaq məhsulları, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi iyul ayına nisbətən dəyişməyib, ötən ilin avqust ayına nisbətən isə müvafiq olaraq 1,4% və 1,1% artıb.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et