Azərbaycanda ilk "yaşıl" istiqraz buraxıla bilər | Banco.az

Azərbaycanda ilk "yaşıl" istiqraz buraxıla bilər

Azərbaycanda potensial olaraq yaşıl istiqraz kondidatı olan şirkətlər var. Onların fəaliyyəti sırf alternativ enerji sahələrinin inkişaf etdirilməsidir. Həmin şirkətlərlə aktiv şəkildə danışırıq və mümkün qədər çalışırıq ki, onlar alternariv enerji istehsalı layihələrinin bir hissəsini də olsa, istiqraz emissiyası vasitəsilə maliyyələşdirsinlər.

Banco.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.

R.Xəlilov bildirib ki, bu, Azərbaycanda ilk "yaşıl" istiqrazların buraxılması demək olacaq:

"Hələ ki, COP29 və "yaşıl" istiqrazlarla bağlı apardığımız işlər sırf bu istiqamətdədir. "Yaşıl" istiqraz məsələsinin bazasında istiqraz məhsulu dayanır. Sadəcə olaraq istiqraz buraxılır ki, ordan əldə olunan vəsait karbon emissiyasının azaldılması yaxud ətraf mühitə müsbət təsir edən bir layihəyə yönəldilsin. Hazırda bu istiqamətdə hansı potensial şirkətlərin nə vaxt bazar gələ bilməsi məsələsinə baxırıq".

Ən sərfəli kredit üçün müraciət et

R.Xəlilov BFB-nin COP29 ərəfəsində tədbir keçirəcəyini qeyd edib:

"Biz BMT-nin Dayanıqlı Fond Birjaları İntiativasının üzvüyük. Bu çərçivədə həm dayanıqlılıq baxımından maliyyə cəlb olunması, həm də "yaşıl" maliyyələşmənin inkişafının təmin edilməsi ilə bağlı mütəmadi görüşlər keçirilir və məlumatlandırmalar aparılır. Eyni zamanda bu çərçivədə COP29 ərəfəsində məlumat xarakterli bir tədbirimiz olacaq. İnvestisiya şirkətləri və potensial imitetləri dəvət edəcəyik. Yaxın gələcəkdə gözlənilən məsələlər bunlardır".

"Uzaq dövr üçün isə ümid edirik ki, şirkətlərlə apardığımız danışıqlar nəticəsində heç olmasa 2-3 əsas şirkəti bazara gətirək ki, istiqraz bazarı vasitəsilə öz maliyyələşmələrini təmin etsinlər", - deyə R.Xəlilov əlavə edib.

apa