Azərbaycanda ilk dəfə RPA Community yaradıldı | Banco.az

Azərbaycanda ilk dəfə RPA Community yaradıldı

Azərbaycanın aparıcı şirkətləri olan ABB, Azercell, Bank Respublika, Kapital Bank, PAŞA Bank, PAŞA Həyat, PAŞA Holding, PAŞA Sığorta, Rabitəbank və Unibank’ın birgə təşəbbüsü ilə RPA Community yaradıldı. Bu icma ölkəmizdə Robotik Proseslərin Avtomatlaşdırılması (RPA) sahəsinə əhəmiyyətli töhfə verməklə rəqəmsal transformasiyanı təşviq etmək və şirkətlər arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Bu çərçivədə 15 iyul tarixində RPA Community iştirakçılarının ilk görüşü baş tutdu. Müxtəlif şirkətlərdən olan iştirakçılar proseslərin avtomatlaşdırılmasında RPA-nın tətbiqi, səmərəliliyin artırılması strategiyaları və əməliyyat xərclərinin azaldılması üsullarını müzakirə edərək öz təcrübələrini paylaşmaq üçün bir araya gəldilər. Həmçinin görüşdə PAŞA Həyat şirkətinin əməkdaşları şirkətdə tətbiq olunan proses və RPA haqda təqdimat etdilər.

Məlumat verək ki, RPA müəssisələrə proqram robotlarından istifadə edərək gündəlik və təkrarlanan tapşırıqları avtomatlaşdırmağa imkan verən texnologiyadır. Bu botlar sadə məlumatların daxil edilməsi işlərindən tutmuş mürəkkəb proseslərinə qədər bir çox işi insan müdaxiləsi olmadan yerinə yetirmək üçün insan hərəkətlərini təqlid edə bilər. RPA alətləri tətbiqlər, sistemlər və məlumatlar ilə insanlara bənzər şəkildə, lakin daha yüksək sürət, dəqiqlik və ardıcıllıqla qarşılıqlı əlaqə yaratmaq üçün nəzərdə tutulmuşdur.

Tədbirin sonunda iştirakçılar arasında geniş netvörkinq və əlaqələrin ötürülməsi təşkil olundu və gələcəkdə daha çox belə tədbirlərin keçiriləcəyi bildirildi. Qeyd edək ki, bu təşəbbüs, Azərbaycanda RPA texnologiyasının yayılmasına və bu sahədə yeni imkanların yaradılmasına əhəmiyyətli bir töhfə verəcəkdir.

PAŞA Həyat şirkəti RPA Community’nin ilk görüş tədbirini təşkil edərək RPA Community yardılmasında təşəbbüskar addım atmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Bu birliyə qoşulmaq üçün RPA Communyti’nin sosial şəbəkə səhifələrini izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/profile.php?id=61562337032890

Instagram: https://www.instagram.com/rpacommunity.aze/

Linkedin: https://www.linkedin.com/company/104562182/admin/dashboard/

Telegram: https://t.me/rpacommunityazerbaijan

Ən sərfəli krediti almaq üçün müraciət et