Azərbaycanda ilk dəfə böhran kommunikasiyası təlimi keçirilib | Banco.az

Azərbaycanda ilk dəfə böhran kommunikasiyası təlimi keçirilib

"Banco.az"a daxil olan məlumata əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİKTM) “Böhranın idarə olunması və kommunikasiyası” mövzusunda seminar keçirilib. İİTKM-ninkonsaltinq və treyninqkoordinatoru Kamil Ələsgərov bu tipli treyninqin ölkəmizdə ilk dəfə həyata keçirilməsi və hədəfləri barədə ətraflı məlumat verərək bildirib ki, əsas məqsəd böhranın idarə olunması və ictimaiyyətlə kommunikasiyanın düzgün qurulması ilə əlaqədar mövcud beynəlxalq təcrübənin mənimsənilməsi və mübadiləsindən ibarətdir.

Dövlət qurumları üçün nəzərədə tutulan tədbir Dünya Bankının mütəxəssislərinin dəstəyi ilə reallaşdırılır. Dünya Bankının ekspertləri böhran hallarında dövlət qurumları arasında koordinasiyanın vacibliyini qeyd edərək, fəaliyyətlərin birgə şəkildə uzalşdırlmasının əhəmiyyətini qeyd ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilib ki, böhran hallarında ictimaiyyəti ən çox maraqlandıran suallar, dövlət qurumlarına ünvanlanlan sorğular vaxtında cavablandırılmalı , narahatlıq doğuran məqamlara dərhal aydınlıq gətirilməlidir. Tədbirin sonunda ekspertlər tərəfindən iştirakçıların marağına səbəb olan mövzular üzrə geniş müzakirələr aparılaraq , çoxsaylı suallar cavablandırılıb. Seminarın təşkili İİTKM-nin keyfiyyətli konsaltinq və treyninq xidmətlərini inkişaf etdirmək istiqamətində həyata keçirdiyi mühüm addımlardan biridir.