Azərbaycanda ictimai iaşə dövriyyəsi 13 %-ə yaxın artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda ictimai iaşə dövriyyəsi 13 %-ə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 milyard 488,8 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,8 % çoxdur.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 %-i hüquqi şəxslərin, 48,8 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,9 % artaraq 1 milyard 263 milyon manat olub.