Azərbaycanda ictimai iaşə dövriyyəsi 10%-ə yaxın artıb | Banco.az

Azərbaycanda ictimai iaşə dövriyyəsi 10%-ə yaxın artıb

2026-cı ilin yanvar ayında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,6 faiz artaraq 219,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,3 faizi hüquqi şəxslərin, 49,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

    Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 109,1 milyon manat olub.