Azərbaycanda icbari həyat sığortası bazarının həcmi açıqlanıb | Banco.az

Azərbaycanda icbari həyat sığortası bazarının həcmi açıqlanıb

Cari ili ilk on bir ayı ərzində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə 22 mln. 984 min 407 manat sığorta haqqı yığılıb.

Gün.Az-ın Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10%-dən çox artım deməkdir.

Həmçinin həmin müddətdə sığorta şirkətləri tərəfindən 1 mln. 128 min 212 manat ödənişi edilib.

Qeyd edək ki, yanvar-noyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 28 sığorta şirkəti tərəfindən bütün sığorta növləri üzrə ümumilikdə 110 mln. 482 min 986 manat ödəniş həyata keçirilib. Bu müddətdə sığorta şirkətlərinin cəmi yığımları isə 368 mln. 879 min 546 manat təşkil edib.

Yığımların 242 mln. 849 min 024 manatı, ödənişlərin isə 77 mln. 126 min 105 manatı könüllü sığorta növlərinin payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et