Azərbaycanda I rübdə 150 minə yaxın vergi ödəyicisinə xidmət göstərilib | Banco.az

Azərbaycanda I rübdə 150 minə yaxın vergi ödəyicisinə xidmət göstərilib

Bu ilin I rübündə Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 148 075 şəxs qəbul edilib və onlara 281 491 sayda xidmət göstərilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, bunlardan 80 minə qədəri şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 69 mindən çoxu isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.

Rüb ərzində göstərilmiş ümumi elektron xidmətlərin 88,4 %-ni 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib. Bunlar bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi, qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi, vergi ödəyicisinin fəaliyyətinin dayandırılması, sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə qəbzin verilməsi, vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi, fiziki şəxsin uçota alınması və yenidən uçota alınması, "ASAN İmza" sertifikatlarının verilməsi, vergi ödəyicisinə arayışların verilməsi, vergi ödəyicisinin fəaliyyətinin bərpası və fiziki şəxsin uçotdan çıxarılmasıdır.

3 ay ərzində 1 015 vergi ödəyicisinin iştirakı ilə 76 görüş keçirilib, 1 381 ödəyiciyə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərindən daxil olmuş 6,7 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 4,1 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 481 minə yaxın SMS göndərilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram