Azərbaycanda hotellərdə gecələmələrin sayı 25%-dən çox artıb | Banco.az

Azərbaycanda hotellərdə gecələmələrin sayı 25%-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 25,2% artaraq 3269 min olub.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Gecələmələrin ümumi sayının 60,4%-i Bakıda, 5,6 %-i Xaçmazda, 4,3 %-i Naftalanda, 4,3 %-i Qusarda, 4,3 %-i Qubada, 4,0 %-i Qəbələdə, 3,6 %-i Şabranda, 2,4 %-i Lənkəranda, 1,2 %-ii Qaxda, 1,1 %-i Masallıda, 1,0 %-i Şamaxıda, 1%-i Naxçıvan Muxtar Respublikasında və 6,8 %-ii digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 27%-i artaraq 1772,2 min olub ki, bu da ümumi gecələmələrin 54,2%-ni təşkil edir. Gecələmələrin ümumi sayının 19,9%-iHindistan, 13,8%-i Rusiya Federasiyası, 8,7%-i Səudiyyə Ərəbistanı, 7%-ii Türkiyə, 5,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 3,6 %-i ABŞ, 3%-ii Küveyt, 2,8%-i Qazaxıstan, 2,5 %-i İsrail, 2,5%-i Böyük Britaniya, 2,4 %-i Pakistan, 2,2 %-i Özbəkistan, 2,1%-i Çin, 1,3 %-ii Almaniya, 1,1%-i İtaliya, 21,5 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81%-i Bakıda, 4,7%-i Qəbələdə, 4,3%-i Qusarda, 3,7%-i Naftalanda, 3,5%-i Qubada, 0,6 %-i Şabranda, 2,2%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 23,1% artaraq 1496,8 min olub ki, bu da ümumi gecələmələrin 45,8 %-ini təşkil edir.

apa