Azərbaycanda "Hökumət buludu"na keçid gələn ilin dekabr ayında başa çatacaq | Banco.az

Azərbaycanda "Hökumət buludu"na keçid gələn ilin dekabr ayında başa çatacaq

Dövlət informasiya ehtiyatlarının və sistemlərinin "Hökumət buludu"na keçidi 2027-ci ilin dekabr ayında tamamlanacaq.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.

Sənədə əsasən, dövlət İT infrastrukturunun 100 % "Hökumət buludu" üzərindən idarə edilməsi, əməliyyat xərclərinə qənaət və kiberdayanıqlılığın təmin edilməsi planlaşdırılır.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.