Azərbaycanda həyat və qeyri-həyat sığorta yığımları artıb | Banco.az

Azərbaycanda həyat və qeyri-həyat sığorta yığımları artıb

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 205 milyon 490 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 136 milyon 363,9 min manat sığorta haqqı toplanılıb.

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 40.4% və ya 59 milyon 113.7 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 12.4% və ya 14 milyon 995.2 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 2.4 dəfə artaraq 71 milyon 538.6 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 3.5% azalaraq 30 milyon 963,3 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-aprel aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 34.8 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin yanvar-aprel aylarında 20.7 manata bərabər olub. Bu ilin yanvar-aprel aylarında qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 22.7 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 26.4 manata bərabər idi.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et