Azərbaycanda həyat və qeyri-həyat sığorta yığımları artıb | Banco.az

Azərbaycanda həyat və qeyri-həyat sığorta yığımları artıb

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 69 mln. 634,5 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 101 mln. 792,9 min manat sığorta haqqı toplanılıb.

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 35.6% və ya 18 mln. 274 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 11% və ya 10 mln. 16 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 3.7 dəfə artaraq 37 mln. 517,2 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 4.2% artaraq 15 mln. 73.8 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-fevral aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 53.9 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin yanvar-fevral aylarında 19.5 manata bərabər olub. Bu ilin yanvar-fevral aylarında qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 14.8 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 15.8 manata bərabər idi.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et