Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-may aylarında könüllü həyat sığortası növlərinin hesabına 251 milyon 889 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 75 milyon 222 min manat və ya 42,5% çoxdur.
Hesabat dövründə könüllü həyat sığortası növləri üzrə ödənişlər isə 2022-ci ilin eyni ayları ilə müqayisədə 43,1 milyon manat və ya 85% artaraq 93 milyon 926 min manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!