Azərbaycanda həyat sığortası üzrə yığımlar 33%-dən çox artıb | Banco.az

Azərbaycanda həyat sığortası üzrə yığımlar 33%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-avqust aylarında könüllü həyat sığortası növlərinin hesabına 377 milyon 361 min manat sığorta haqqı yığılıb.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 94 milyon 574 min manat və ya 33.4% çoxdur.

Hesabat dövründə könüllü həyat sığortası növləri üzrə ödənişlər isə 2022-ci ilin eyni ayları ilə müqayisədə 37 milyon 130 min manat və ya 23.6% artaraq 194 milyon 491 min manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram